Reach Forklift R 20 seriyası

Marka ROYAL Model R 20 Reach Forkliftləri, anbar və logistika əməliyyatlarınızda maksimum məhsuldarlıq və rahatlıq təmin etmək üçün hazırlanmışdır. Bu seriya, yüksək manevr qabiliyyəti, erqonomik dizayn, enerji qənaəti və təhlükəsizlik funksiyaları ilə fərqlənir. R Series forkliftlər dar koridorlarda işləməyə, yüksək qaldırma əməliyyatlarını səmərəli yerinə yetirməyə və operator üçün rahat idarəetmə təmin etməyə imkan verir.

Əsas xüsusiyyətlərı:

-Yüksək qaldırma və aşağı salma sürəti ilə məhsuldarlığın artırılması

-AC sürücü motoru və elektro-hidravlik sistemlər ilə uzun ömür və etibarlılıq

-Enerji qənaət edən dizayn, LED işıqlar və regenerativ əyləc sistemi

-Operator rahatlığı üçün erqonomik oturacaq, tənzimlənən sükan və mərkəzi idarəetmə paneli

-Təhlükəsizlik funksiyaları: sürət və hündürlük məhdudiyyəti, dönmə sürəti məhdudiyyəti, elektromaqnit və hidravlik əyləclər

İntensiv istifadə zamanı, məsələn, çoxmərtəbəli anbarlarda və dar koridorlarda, yüksək sürət və böyük yük qaldırma qabiliyyəti iş səmərəliliyini artırır, ağıllı batareya texnologiyası isə aşağı enerji istehlakını təmin edir. 48 Volt – 300 Ah tutumlu akkumulyator uzun müddət yüksək performans göstərir, 48 V 150 Ah tutumlu rektifier isə batareyanın sürətli şarj edilməsini təmin edir.

Royal markalı R20 modeli reach truck, bir və ya bir neçə növbəlik işlər üçün mükəmməl həll təqdim edir, həm keçid koridorlarında, həm də rəflər arasında problemsiz işləyir. Kompakt dizaynı sayəsində reach truck dar məkanlar üçün ideal seçimdir, xüsusilə rəf sistemləri və modul anbarlar üçün. Bizim reach truck-lar ağıllı köməkçi sistemlərlə təchiz olunub, həm hərəkət zamanı, həm də yük qaldırarkən operatora dəstək göstərir. Bu sistem avtomatik olaraq sürətə, qaldırma hündürlüyünə və yükün ağırlığına uyğun tənzimlənir. Beləliklə, operator səhvlərinin sayı minimuma endirilir və yükün, həmçinin anbar əməliyyatlarının təhlükəsizliyi artırılır.Qol dayağı, sükan, oturacaq və sensor idarəetmə elementlərini birləşdirərək operatora uzun iş saatları ərzində tam rahatlıq təmin edir.

Qaldırma sürəti (yük ilə)           250 mm/s    
Aşağı salma sürəti (yük ilə)          450 mm/s
Hərəkət motorunun gücü          6,4 kVt    
Qaldırma motorunun gücü          12,5 kVt
Yükqaldırma qabiliyyəti (kg)          2000 kg

 

           Model                   Yükqaldırma qabiliyyəti
R 20            2000 kg
R 16            1600 kg
R 14            1400 kg